Özsüt
Ənənənin yaranması
Bizim hekayəmiz..
1938-ci ildə İzmirlilər, Kəməraltında çox kiçik bir dükanda çalışan Səfər Ustanın hazırladığı misli bərabəri olmayan qatıq və qaymaqlarının dadını artıq tanıyırlar. O vaxtdan bəri, Özsüt İzmirin məşhur ticarət markasına çevrilir. Səfər Ustanın kiçik biznesi sadə südçüdən çeşidli süd məhsulları satışına qədər uzun bir  inkişaf yolu keçir. 1980-ci ildə isə Səfər Ustanın oğlu, İbrahim Urlulu bu kiçik biznesin idarəsini öz əlinə alaraq, daha iddialı bir yolu seçib Özsütün ustaları ilə ortaq Özsüt dükanını açaraq atasının başlatdığı bu macəralı yolu inkişaf etdirərək, cəsarətlə davam etdirir. 1991-ci ildə Özsütün İzmir Alsancaqdakı ilk şöbəsi açıldıqdan sonra 1996-2002-ci illər aralığında şöbələrin sayı altıdan 50-yə qədər artır.Artıq 2013-cü ildə Türkiyənin 43 bölgəsində 176 şöbəsi olan Özsüt ölkənin ən böyük mağazalar şəbəkəsinə çevrilir. Tələbatın getdikcə artması, Özsütün Türkiyə xaricində də yeni şöbələrin açılması planlarını sürətləndirdi. Özsütün ilk xarici şöbəsi 2010-cu ildin Mart ayında Şimali Kipr Türkiyə Cumhuriyyətinin Lefkoşa şəhərində açılır. Özsüt Orta Şərq və Avropa ölkələrində yeni investisiyalar üçün texniki-iqtisadi dəyərləndirmə işlərini davam etdirir.
  Özsütün Türkiyədə bu qədər sevilməsinin səbəbi ənənəvi ləzzəti müasir zəmanəyə uyğun şəkildə, ölkənin dörd bucağına təzə təravətli vəziyyətdə çatdırılmasıdır. Ənənəvi ləzzətin sirri isə əlbəttə ki, Osmanlı mətbəxinə dayanır. Cumhuriyyət yaranan zaman dağılan Osmanlı sarayında işləyən bir şirniyyatçı Səfər Ustanın əmisinin yanında işə başlayır. Səfər Usta da zaman keçdikcə saray şirniyyatının hazırlanma sirrlərini əmisindən öyrənir.

Məhsullar və Təlimlər
   Qazandibi, krem-pudinq, çörək kadayifi, pendir şirniyyatı, aşura kimi ənənəvi şirniyyatlar hazırlayaraq bu sahəyə girən Özsüt, zaman keçdikcə müştərilərinin tələblərini doğruldaraq klassik “şirniyyat dükanı” statusundan çıxaraq, kafe konseptinə keçid alır. Ən son texnoloji metodlardan istifadə edərək gündən günə böyüyən Özsütün məhsullarına qurabiyələr, südlü şirniyyatlar, dondurma və dondurma çeşidləri, qəhvələr, şokoladlar, dondurmalı şirniyyatlar, özəl və klassik tortlar daxildir.

   Özsüt Kamalpaşa fabriki gündə 27.000 nəfərlik tort, 60.000 nəfərlik südlü şirniyyat, 10.000 nəfərlik sirop şirniyyat, 7 ton dondurma, 300 kq əldə hazırlanan şokolad və 5 ton un məhsulu istehsal edir.

    Fransadakı məşhur tort məktəbi olan Lycee Professional Aguste escoffier-dən tort və keks şirniyyatları üzrə mütəxəssisin köməyi ilə fərqli çeşidlərdə tortlar hazırlayan Özsüt, bütün şöbələrində “xüsusi tortlar qrupu” adı ilə müştərilərə təqdim olunur. Özsütün xüsusi tort şirniyyatçıları qrupu, dünya üzrə məşhur Fransız aşbazlıq sənəti məktəbi olan Le Cordon Bleu-də təhsil proqramlarına qatılırlar.
Özsütün tort şirniyyatı hazırlanması üzrə ixtisaslaşmasına cavab dünya tort şirniyyatı sektorundan gəlir: əvvəllər türk şirniyyatçıları Türkiyədən başqa ölkələrə staj keçmək üçün gedirdilərsə, indi Fransa məktəblərindən tələbə qrupları Özsütə staj keçmək üçün müraciət edirlər.

   2012-ci ilin iyun ayında isə, dünya üzrə məşhur tort dizayneri Mark Seaman, Özsüt üçün Türkiyəyə gələrək Özsütün ustalarıyla birgə menuya yeni tort çeşidlərinin əlavə olunması üçün xüsusi diqqət ayıraraq çalışmış və öz töhvəsini vermişdir.

   2009-cu ildən etibarən dondurma istehsalını artıran Özsüt, ən təzə mövsüm meyvələri və əsl süddən istifadə edərək hazırlanan dondurmaları öz qonaqlarına xüsusi “premium dondurma” ləzzətini təqdim edir.

  Özsütün digər bir yeniliyi də Valrhona şokoladlarından istifadə edərək hazırlanan, Türk damaq dadına uyğun əllə hazırlanan şokoladlardır. Özsüt şokoladları, klassik madlen şokoladlarının istifadə olunduğu Madlen və xüsusilə əldə hazırlanmış Special adıyla şokoladlarını iki qrup şəklində və bir-birindən ləzzətli 11 fərqli çeşiddə təqdim edilir. Müştərilərini əsil şokolad ləzzəti ilə tanış etmək üçün xüsusi üsulla hazırlanmış Özsüt şokolad çeşidləri müəyyən olunmuş bəzi Özsüt şöbələrində satılır. Özsüt üçün özəl olaraq dizayn olunmuş qutularda satışa buraxılan Madlen şokoladlarının, Südlü və Acı olmaqla iki növə ayrılır. Tamamilə əldə hazırlanmış xüsusi şokoladların isə doqquz çeşidi vardır.

   Özsüt qəhvə sahəsində də əhəmiyyətli bir yeniliyə imza ataraq Fransanın ən məşhur qəhvə markası olan Cafes Richard qəhvələrinin tayı bərabəri olmayan ləzzətini Özsüt müştərilərinə çatdırır. Cafés Richard, Türkiyəyə və türk ağız dadına uyğun qəhvə qarışımlarını inkişaf etdirirlər. Cafés Richard-ın bugünki uğurunun təməlində yatan mükəmməl qarışım yaratma görünüşü ilə bugün Türk ağız dadına uyğun olan yeni qəhvə qarışımları Özsüt üçün Fransada hazırlandıqdan sonra Özsüt baristalarının məharətli əllərindən təqdim olunur. Türkiyədə ilk dəfə olaraq portağal, fındıq və vanil ətirli espressolar Özsüt şöbələrində qəhvə sevərlərin ixtiyarına verilir. Bir qəhvə dənəciyi nə qədər yaxşı olursa olsun, keyfiyyətli qəhvənin ortaya çıxması üçün onun düzgün şəkildə üyüdülməsi və hazırlanması daha vacib hesab olunur. Özsüt, baristlarının ən yaxşı qəhvə hazırlamaları üçün bu yöndə təhsilini böyük əhəmiyyət verir. Özsüt baristaları Fransadan gələn mütəxəssislərdən təhsil alırlar. 2008-2010-cu illərdə Fransa WBC Barista çempionu Anthony Calvez-dən və Calvezin müəllimi eyni zamanda Cafe Richard-ın Keyfiyyət və Məhsul inkişafı meneceri Michael McCauley-dən dərs almış olan Özsüt baristaları, qəhvə hazırlanması və təqdim olunmasının bütün incəliklərini Özsüt qəhvələrinə əks etdirirlər. Bu təhsil vaxt aşırı təkrarlanır. Təhsil zamanı qəhvə toxumunun quruluşu, qəhvə hazırlayan maşının təmizliyi və baxım qaydaları, yaxşı bir qəhvə ərsəyə gətirməyin qızıl qaydaları, Türkiyə üçün məxsusi hazırlanmış menunun praktikada tətbiqi kimi dərslər keçirilir.
  Özsüt 2009-cu ildən bəri yemək konseptini menularına əlavə edərək “Özsüt Atelye” adı altında qonaqlarına salatdan pizzaya, qırmızı və ağ ət növlərindən tut blinlərə qədər böyük bir menu ilə yerli mətbəx ləzzətlərini müştərilərə təqdim edir. Özsüt Atelye, İstanbul Caddəbostan, İzmir Ege Park, Ankara Balgat, Fənəryolu, Çiğli Kipa və Kamalpaşada xidmət göstərir.

   Türkiyənin şirniyyatçısı Özsüt, indi də sizləri Soba Menusundakı tayı-bərabəri olmayan ləzzətlərlə tanış edir. Bu özəl menunu sizlərə mükəmməl şəkildə təqdim etmək üçün Özsütün 35 şöbəsinin aşbazları ölkə xaricində kompleks təhsil alıblar. Menudakı səhər yeməyi, omlet, ağ və qırmızı ət, salat, makaron və pizza çeşidləri böyük bir həvəslə hazırlanaraq ən ləziz yemək tərifləri ortaya çıxmışdır. 
   Yemək konsepti markalarından olan Dodici Ataköy Marina Park, Çeşmə Marina, Çeşmə Altın Yunus və Avenue Bodrum AVM-də açdığı şöbələri ilə xidmət göstərir. Dodici, dünya mətbəxlərində seçilən bir-birindən ləzzətli alternativlərini həm günorta həm də axşam yeməklərində xüsusi abu-hava ilə qonaqlarına təqdim edir.

   Özsüt 2010-cu ilin Sentyabr ayında “Tatlı Mola”(dadlı fasilə) markası ilə pərakəndə satış sektoruna da giriş edir. Tatlı Mola markasıyla südlü şirniyyat və tort məhsulları qrupu istehlakçıların qarşısına yeni seqmentli bir marka kimi çıxır. Özsüt bir çox başqa firmalar üçün inqridientləri şirkətin özü tərəfindən təmin olunaraq sifarişlə məhsullar hazırlayır. Digər firma markalarının istəklərinə uyğun keyfiyyət və ləzzəti nümayiş etdirərək bu yöndə də müştərilərinə xidmət göstərərək öz portfoliosunu genişləndirir.

Öz yaranma hekayəsinə qatıq və qaymaq hazırlayaraq başlayan Özsüt, bu sahədə professionallığını təkrar həyata keçirirək Özsüt qatığını istehlakçıları ilə qovuşdurmaqdır. Ənənəvi türk qatığının tam qarşılığı olan Özsüt qatığı bazardakı bənzərlərindən iki qat çox yağlılığa malikdir. Tərkibindəki yağ faizinə görə Özsüt qatığı dadı və qoxusu ilə tayı-bərabəri olmayan bir konsistensiyadır. Dadına doyum olmayan qaymaqlı Özsüt qatıqları Türkiyənin dörd bucağında paylanaraq market dünyasında öz müştəri kütləsi ilə görüşür. Özsüt Türkiyənin yenilikçi və müasir dadlı ənənəsi olmağa da davam edir...

   Özsütün istehsal etdiyi hər bir məhsulu seçilmiş keyfiyyət standartlarına uyğun gəlir.

Hər bir istehsal olunan məhsul partiyası Keyfiyyət Zəmanəti Departamenti tərəfindən fiziki, kimyəvi, mikrobioloji və dad yoxlama testlərindən keçərək keyfiyyət standarlarına uyğun gəldiyi yoxlandıqdan sonra satışa buraxılır.
ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemi, ISO 22000:2005 Qida Etibarlılığı İdarə Sistemi və ISO 14001:2004 Ətraf Mühiti İdarəetmə Sistemi sertifikatlarına sahibdir. Xammaldan tutmuş son məhsula qədər etibarlı və sağlam qida istehsalı üçün lazım olan bütün standartlar diqqətlə və ətraflı şəkildə tətbiq olunmuşdur.