İllər əvvəl başlayan bu macəra, indi yeni bir marka adı ilə davam edir...
1938-ci ildə İzmirdə Kəməraltında Səfər Usta öz kiçik dükkanında qatıq və qaymaqlarını hazırlayır... Xüsusi qayğı və diqqətlə hazırlanan bu ləzzətlər vaxt keçdikcə süfrələrin tacı, İzmirlilərin əvəzolunmaz dadlar siyahısına düşür. Səfər Ustanın kiçik biznesi sadə südçüdən çeşidli süd məhsulları satışına qədər uzun bir  inkişaf yolu keçir.1991-ci ildə İzmir Alsancakda ilk şöbə açılır, 1996-ci ilə kimi sayı şöbələrin sayı 6-ya çataraq 2002-ci ildə şöbə sayı 50-ni keçir. Bugün Özsütün 160-dan çox şöbəsi Türkiyənin hər tərəfində xidmət göstərir. Özsüt Atelyesi bir-birindən özəl ləzzətləri ilə yeni təcrübənin qapılarını sizlərin üzünə açır.
   Menyusu gündən günə yeni çeşid və ləzzətlərlə zənginləşdirilərək illər sonra bu hala gələn Özsüt, Atelyesi ilə birgə ən məşhur mətbəx dadlarını ustalıqla xırmanlayaq sizlərə təqdim edir. Səhər yeməyindən tut özəl axşam yeməklərinə, salatlardan vermeşillərə, qırmızı və ağ ət növlərindən pizzalara qədər bir çox çeşidə malik Özsüt Atelyesinin menyusunda mütləq sizin damaq dadınıza uyğun bir dad tapacaqsınız.

   En yaxşıları axtarıb tapmaq və onu izləmək həvəsi həmişə bizimlə olacaq...

   Özsüt olaraq ən yaxşını ortaya çıxartmaq həvəsi və keyfiyyətə olan ehtirasımız heç vaxt azalmayacaq. Çünki ən qabaqcıl ləzzətləri, sizin damaq dadınıza uyğun reseptlərlə hazırlamaqdan duyduğumuz sözlə ifadə olunmaz həyəcan, bizim ən böyük motivasiya qaynağımızdır.
   İndi isə Özsüt Atelyesinin usta əllərdə hazırlanan dadına doyum olmayan ləzzətlərindən həzz almaq vaxtıdır… Nuş olsun!