Dünya mətbəxləri Atelyesi!
Atelye, 1938-ci ildən bəri bənzərsiz dadlar istehsal edən Özsütün yeni markasıdır… Atelyedə Özsüt ustalığı ilə hazırlanmış dünya mətbəxlərindən seçmələri görə bilərsiniz. Özsütün bütün tort və şirniyyatlarının da yer aldığı Atelyedə risottodan tutmuş fahitasa, pizzadan qırmızı-ağ ət növlərinə  qədər çox zəngin menyusu var.

  Meksikadan İtalyaya, Fransadan Türkiyəyə hər ölkənin ən sevilən ləzzətlərini ikram etdiyimiz Atelyelərdə, yalnız original məhsulları istifadə edir və ən keyfiyyətli üsulları tətbiq edirik: məsələn, bütün pizza və makaronlarımız əllə hazırlanır... İsti və soyuq sendviçlərimizin, salatların hər birinin tərkibi ən az yeməklərimiz qədər özəl və zəngindir.

   Artıq Atelyenin usta aşbazlarının hazırladığı dadına doyum olmayan ləzzətlərdən zövq almaq vaxtıdır. Yeməkləri hazırlayarkən aldığımız zövqün, sizin o yeməkləri dadarkən hiss etmənizi və yaşamanızı diləyirik.